Gürcüstanın Baş naziri Ermənistan XİN başçısı ilə də görüşdü
FOTO

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

 

“Report” xəbər verir ki, görüşün əsas mövzusu Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisidə keçiriləcək görüşü olub.

 

İ.Qaribaşvili tərəflər arasında gələcəkdə dialoqun müsbət dinamikasının inkişafının vacibliyini qeyd edib.

 

Görüşdə bölgədə sülh təşəbbüsü və onun regional münasibətlərin normallaşdırılmasındakı rolu müzakirə olunub.

 

Tərəflər həmçinin Gürcüstan və Ermənistan arasında mövcud və gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.

 

Müzakirələr zamanı Cənubi Qafqazda vəziyyət də nəzərdən keçirilib, tərəflər problemlərin həlli üçün birgə səylərin səfərbər olunmasının önəmini vurğulayıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.