Şimali Atlantika Alyansı Gürcüstana NATO-nun Aralıq dənizində dəniz təhlükəsizliyini təmin etmək əməliyyatında fəal iştiraka görə operativ tərəfdaş statusu verib.
“İnterfaks” bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi Sərhəd polisinin rəisi, general-mayor Nikoloz Şaradze məlumat verib.
N.Şaradze bu barədə Potidə Gürcüstan Sahil Mühafizəsi Xidməti yaradılmasının 24-cü ildönümünün qeyd edilməsi münasibətilə keçirilən tədbirdə bəyan edib.
Gürcüstan Sərhəd polisi rəhbərinin sözlərinə görə, bu qərar Alyans tərəfindən Gürcüstan sahil mühafizəsinin taktiki bölmələrinin NATO-nun 4 illik qiymətləndirmə proqramını uğurla keçdikdən sonra qəbul edilib.