Qərb yeni müharibə başlatmaq istəyir - ŞƏRQİ AVROPADAN SONRA BALKANLAR?
ŞƏRH

Türkiyənin milli müdafiə naziri Hulusi Akar dünən Yunanıstanla münasibətlərdən danışıb. O deyib ki, Yunanıstan adaları silahlandırmaqla Paris və Lozanna razılaşmalarının şərtlərini pozur. 

 

Akar Afinanı danışıqlar masasına çağırıb: “Hər şeyə rəğmən, biz “sülh”, “dialoq” deyirik. Diplomatiyanı axıradək davam etdirir, meydanda da hər cür tədbirləri görürük. Biz müzakirələri davam etdirməyə hazırıq”. 

 Nazir, həmçinin Yunanıstanla münasibətlərdə Qərb ölkələrini ittiham edib. O bildirib ki, Qərb proseslərə obyektiv yanaşmalıdır. 

 

Afina ilə Ankara arasındakı gərginlik son vaxtlar yeni mərhələyə qədəm qoyub. Türkiyə rəsmiləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, demək olar, hər çıxışlarında bu mövzuya toxunurlar. Gərginliyin əsas səbəbi Yunanıstanın Egey dəniznidəki adaları silahlandırmasıdır. Doğrudur, 1923 və 1947-ci il razılaşmalarına əsasən həmin adalar Yunanıstana verilib. Məqsəd isə sülhü təmin etmək idi. Həmin razılaşmalara görə adalar silahlandırılmamalıdır. Amma Afina bu razılığı pozur. 

Rəsmi Ankara Afinanı dəfələrlə sülh masasına dəvət edib. Dialoq çağırışları bu gün də davam edir. Buna rəğmən, Türkiyə rəsmiləri həm də hər cür təxribata hazır olduqlarını bildirirlər. 

 

Son zamanlar Ankara ilə Qərb ölkələri, o cümlədən ABŞ arasında fikir ayrılığı var. Bunun əsas səbəblərindən biri də Rusiya ilə Ukrayna arasında davam edən müharibədə Türkiyənin neytral mövqeyidir. Bu, ABŞ və müttəfiqlərini qane etmir.  

Bir çox ekspertlərin fikrincə, Yunanıstanı Türkiyəyə qarşı təhrik edən məhz Qərbdir. Bu mövqedə olanlar düşünürlər ki, ABŞ və müttəfiqləri Yunanıstanda “Ukrayna böhranını” təkrarlamaq istəyirlər. Məlum olduğu kimi, “Ukrayna ssenarisi”nin “rejissoru” məhz Qərbdir. Proseslər bunu aydın göstərir. ABŞ və müttəfiqləri Rusiyanı zəiflətmək üçün “Ukrayna “kartı”ndan  istifadə etdilər. İndi Balkanlarda həmin ssenarinin təkrarlanması mümkündür. İstisna deyil ki, Hulusi Akar da “Qərb obyektiv deyil” sözləri ilə buna işarə vururdu. 

 

Əlbəttə, Türkiyə ilə Yunanıstan arasında müharibənin başlamaması barədə kimsə zəmanət verə bilməz. Amma bu, yaxın gələcəkdə real göünmür. Birincisi ona görə ki, Ankara Moskvaya nisbətən daha soyuqqanlıdır. Asanlıqla Qərbin oyununa getməz. 

 

İkincisi həm Türkiyə, həm də Yunanıstan NATO ölkəsidir. Əgər tərəflər müharibəyə başlayarlarsa, Alyans daxilində parçalanma olacaq. Digər 28 ölkə tərəf tutmalı olacaq. Həm də nəzərə almaq lazımdır ki, NATO daxilindəki toqquşma bu qurumun “Birimiz hamımız üçün” prinsipinə ziddir. Deməli, NATO dövlətləri məsələyə həssaslıqla yanaşmalıdırlar. 

 

Üçüncüsü, tərəflərin hər ikisinin NATO tərkibində yer alması o deməkdir ki, ehtimal edilən savaş dünya üçün daha böyük faciə vəd edir. Türkiyə - Yunanıstan müharibəsinin nəticələri Şərqi Avropadakı döyüşlərin nəticəsindən qat-qat ağır olacaq. 

 

Dördüncüsü, indi onsuz da dünyada çox ciddi müharibə gedir. Planetdə onlarca savaş ocağı var. Türkiyə ilə Yunanıstan arasında genişmiqyaslı döyüşlərin başlanması bəşəriyyəti çox çətin günlərin gözləyəcəyi deməkdir. 

Nəzərə almaq lazımdır ki, Türkiyə hazırda Şərqi Avropadakı savaşın bitməsi üçün səmimi səylər göstərən nadir dövlətlərdəndir. Hətta, bəlkə də yeganə belə tərəfdir. İndi Rusiya ilə Ukrayna arasındakı müharibənin başa çatması üçün az da olsa ümid var. Amma Türkiyənin başı Yunanıstanla müharibəyə qarışsa, Şərqi Avropada sülh perspektivi, ümumiyyətlə, olmayacaq. Əksinə, durum daha da gərginləşəcək. 

 

Bu mənada Türkiyə ilə Yunanıstan arasında müharibənin başlanması nəinki tərəflərin özü, bütün planet üçün ciddi təhlükə vəd edir. Savaşda maraqlı olan tərəflər bunu nəzərə almalıdırlar. 

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.