
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, iclasda PKK, Fətullahçı Terror Təşkilatı (FETÖ) və İŞİD başda olmaqla, Türkiyənin milli birliyi, bütövlüyü və təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı ölkə daxilində və xaricində həyata keçirilən tədbirlər, həmçinin son dövrdə baş verən beynəlxalq proseslər müzakirə olunub.
Bildirilib ki, "Terrorsuz Türkiyə" və "Terrorsuz region" hədəfləri istiqamətində atılan addımlar və əldə olunan irəliləyiş də qiymətləndirilib.
Müzakirələrdə Türkiyə xalqının, regionun, eləcə də qonşu ölkələrin təhlükəsizliyi, sülh və rifah naminə səylərin davam etdiriləcəyi vurğulanıb.