Tbilisidə Heydər Əliyevin büstü zədələnib...
ERMƏNİSTAN VƏTƏNDAŞI SAXLANILDI

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin büstü zədələnib.

 

Senzor.az bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, sentyabrın 21-də baş verən hadisə ilə bağlı xarici ölkə vətəndaşı saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi üzrə araşdırma aparılır. Bu maddə özgə əmlakının mühüm zərər vurmaqla qəsdən zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur.

 

Saxlanılan şəxsin Ermənistan vətəndaşı olduğu onun vəkili tərəfindən təsdiqlənib. Vəkilin sözlərinə görə, yaşı 40-dan çox olan şəxs Tbilisiyə turist kimi gəlib və hazırda susmaq hüququndan istifadə edir. Məhkəmə tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda büst restavrasiya məqsədilə örtülüb. Məlumata görə, abidənin üz hissəsinin bir tərəfi zədələnib. Hadisənin hansı vasitə ilə törədildiyi və motivi hələlik açıqlanmayıb.

 

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, hadisə ilə bağlı Gürcüstanın aidiyyəti qurumlarında istintaq və prosessual tədbirlər davam etdirilir, istintaqın nəticələrini gözləmək lazımdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.