Kütləvi zəhərlənməyə görə Kürdəmirdəki restoran bağlanıb
RƏSMİ

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb.

 

Senzor.az QATA-nın ilkin araşdırmasına istinadən bildirir ki, məclisdə istifadə olunan qida məhsulları restorana toy sahibi tərəfindən təqdim edilib.

 

Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.

 

Araşdırma yekunlaşanadək "Günəş" restoranının fəaliyyəti məhdudlaşdırılıb.

 

Xatırladaq ki, Kürdəmir rayonunda toyda zəhərlənən şəxslərin sayı 91 nəfərə çatıb. Ötən gün toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı Kürdəmir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.