
Türkiyə polisi Mersin şəhərinin müxalif bələdiyyə sədri və daha 58 şübhəlini korrupsiya istintaqı çərçivəsində saxlayıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan bələdiyyə sədri Vahap Seçer Yenişehir və Mezitli bələdiyyə başçıları ilə birlikdə dövlət tenderlərində fırıldaqçılıq iddiaları ilə saxlanılıb.