Putinin iki yolu var: ya Ukraynadakı ambisiyalarını reallaşdırmaq, ya da daxili sabitliyi təmin etmək
HANSINI SEÇƏCƏK?

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin marta kimi Donetks və Luqansk vilayətlərini ələ keçirməyi əmr edib. Həmçinin bildirilib ki, ehtimal edilən növbəti səfərbərlik Rusiyadakı daxili narazılığı gücləndirə bilər. 

 

Daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu və Britaniya kəşfiyyatı Rusiyada səfərbərliyin növbəti dalğasının qaçılmaz olduğunu bildirmişdi.

Xatırladaq ki, Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilovun sözlərinə görə, qarşıdakı aylar müharibənin taleyi üçün həlledici olacaq. 

Mart ayına kimi Rusiya döyüş meydanında üstünlüyü ələ almaq niyyətindədir. Bunun səbəbləri barədə əvvəllər danışmışıq. Birincisi, qarşıdakı aylarda Qərb dövlətləri Ukraynaya ağır və müasir tanklar tədarük edəcəklər. Həmin texnikalar Kiyevin “əlini gücləndirəcək”. Ona görə də Moskva tankların tədarükünə qədər strateji üstünlüyü ələ almağa çalışacaq. 

 

İkinci bir tərəfdən, savaşın ildönümünün tamam olmasına bir aydan da az vaxt qalıb. Fevralın 24-də Putinin xalqa müraciəti gözlənilir. O, “müjdə” vernməlidir. Putin ya yeni ərazilərin nəzarətə götürüldüyünü açıqlamalı, ya da gələcək planlarla bağlı inandırıcı fikirlər səsləndirilməlidir. 

Məlum olduğu kimi, Donetks və Luqanskın müəyyən hissəsi artıq Rusiyanın nəzarəti altındadır. Rusiya ordusu həmin ərazilərdə möhkəmlənib. Ona görə də sözügedən əraziləri tamamilə ələ keçirmək nisbətən asandır. Rusiya Silahlı Qüvvələri bunu bacararsa, hər şeydən əvvəl Ukrayna üzərində psixoloji üstünlük qazana bilər. 

Amma Donetsk və Luqanska tam nəzarəti təmin etməkdən ötrü Rusiyaya əlavə qüvvə lazımdır. Bu isə o deməkdir ki, ölkədə yeni səfərbərliyin elan olunması ehtimalı kifayət qədər realdır. 

 

Ümumiyyətlə, Kreml indi 2 seçim arasında qalıb. Rusiya hakimiyyəti ya daxildəki durumu, ya müharibəni düşünməlidir. Çünki Ukraynadakı savaşla bağlı ambisiyaları hakimiyyətə qarşı narazılığı və qəzəbi artırır. Sözsüz ki, Rusiyada səfərbərlik elan olunarsa, bu, müharibənin gedişatına müsbət, daxildəki duruma isə mənfi təsir edəcək. 

 

Rusiyalıların əksəriyyəti başa düşür ki, onlar öz torpaqları uğrunda döyüşmürlər. Ona görə səfərbərlikdən imtina edirlər. Davam edən səfərbərlik isə mövcud iqtidar əleyhinə etirazları artırır. 

 

Yəqin ki, qarşıdakı həftələrdə Rusiya döyüş meydanında üstünlüyü ələ almağa çalışacaq. Və buna tərs münasib olacaq daxildəki gərginlik artacaq. 

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.