
İran Prezidenti Məsud Pezeşkian hesab edir ki, ABŞ lideri Donald Trampla onun arasında görüşün keçirilməsi üçün əsas şərtlərdən biri Birləşmiş Ştatların onun ölkəsində hakimiyyəti zor gücünə dəyişmək niyyətinin olmadığını nümayiş etdirməsidir.
Bu barədə o, CBS telekanalına verdiyi müsahibəsində bildirib.
Trampla görüş ehtimalı ilə bağlı sualı cavablandıran Pezeşkian deyib: "İlk növbədə, bu müharibənin yaratdığı etimadsızlığı aradan qaldırmaq lazımdır. Biz imzaladığımız sənədlərə uyğun hərəkət etməliyik. ABŞ sübut etməlidir ki, nə hökumətimizi, nə də administrasiyamızı devirmək niyyətində deyil".
Qeyd edək ki, ABŞ lideri bundan əvvəl BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində belə təmasların mümkünlüyünü istisna etməsə də, onun baş tutması barədə məlumat verilməmişdi.
"Özünüzü bizim yerimizə qoyun. Təsəvvür edin ki, kimsə gəlib sizin ali rəhbərinizi qətlə yetirib. Daha sonra isə əldə olunmuş razılaşmaların heç birinə əməl etməyib. Buna reaksiyanız necə olardı? Bu, elə də asan həll ediləcək bir məsələ deyil", - deyə İran Prezidenti bildirib.