QƏRBİ NARAHAT EDƏN YOL - BEYNƏLXALQ QIRMIZI XAÇ KOMİTƏSİ SEPARATÇILARI HİMAYƏSİNƏ GÖTÜRÜB?
DEPUTATDAN SƏRT AÇIQLAMA

9 sentyabrda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) humanitar yükü Samur keçid məntəqəsindən daxil olanda biz hesab edirdik ki, bu beynəlxalq təşkilatın eqidası altında gələn yüklər hardan gəlməsindən asılı olmayaraq öz ünvanına çatacaq. Yəni bizim düşüncəmiz təmiz olduğundan yanaşmalarımız da ədalət üzərində qurulmuşdu. Hesab edirdik ki, BQXK-nın ofisinin hansı ölkədə yerləşməsi əsas şərt deyil. Ona görə də Laçın yolu vasitəsilə BQXK-ya xəstələrin və həyatı vacib vasitələrin daşınmasına icazə verilib. Amma hadisələrin inkişafı BQXK-nın  da düşündüyümüz kimi saf niyyətli fəaliyyətlə məşğul olmadığını sübut edir.

 

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

 

O qeyd edib ki, Rusiya BQXK-nın yükü də Bərdədə otelin qarşısında gözləyir və buraxılmır. 

“Bu o deməkdir ki, humanitar yüklərin daşınması üçün BQXK-nın hansı ölkələrə aid olması əsas şərtdir. İlk baxışda BQXK-ların eyni konvensiya altında fəaliyyət göstərdiyi görünsə də, reallıqda selektiv yanaşmalar mövcuddur və Xankəndiyə humanitar yükü göndərdiyinə görə Rusiya BQXK-ya təzyiqlər göstərilir. Bu bir daha BQXK-nın əsil məramını üzə çıxarır. Biz bunu 44 günlük Vətən Müharibəsi zamanı da müşahidə etmişdik. O vaxtı BQXK erməni silahlılarını Füzulidən çıxarmağa cəhd etmişdi və kəşfiyyat məlumatları toplayaraq düşmənə ötürürdü. Müharibə başa çatandan sonra da BQXK Ermənistandan Xankəndiyə intensiv şəkildə daşımalar həyata keçirirdi. Amma bu yüklər yoxlanılmadığından avtomobillərdə nə daşındığı suallar doğururd. Hətta sərhəd xidmətimiz tərəfindən BQXK-nın qaçaqmalçılıqla məşğul olduğunu ifşa etmişik”, - deyə deputat bildirib.

 

O əlavə edib ki, indi də BQXK  Xankəndiyə humanitar yükləri ancaq Ermənistandan daşıya biləcəyi kimi fikir ortaya qoyur.

 

“Bu, humanitar yardımlarla bağlı neytral fəaliyyətlə məşğul olmalı olan beynəlxalq təşkilatın siyasi məsələlərə və çirkin niyyətlərin reallaşdırılmasına cəlbi deməkdir. Əgər BQXK-nın məramı ehtiyacı olan insanlara humanitar yardımın göstərilməsindən ibarətdirsə, onun hansı istiqamətdən göstərilməsinin nə əhəmiyyəti var? Amma hadisələrin inkişafı bir daha sübut edir ki, BQXK  Qərbin əlində siyasi manipulyasiyalar etmək üçün alətə çevrilib. BQXK-nın ofisi birmənalı şəkildə bilməlidir ki, hətta Ağdam-Xankəndi yolu açıldığı təqdirdə onlar öz emblemi altında əvvəllər olduğu kimi öz çirkin niyyətlərinı davam etdirə bilməyəcəklər”, - deyə A.Badamov vurğulayıb.

 

Qeyd edək ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının bu gün səhər saatlarından etibarən Ağdama, oradan isə Əsgərana daxil olmasının təmin ediləcəyi gözlənilirdi. Lakin hələ də Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının Əsgərana daxil olması təmin edilməyib. Rusiya Qızıl Xaçının ərzaq maşını hazırda Bərdədə dayanıb. Bu maşın Ağdam-Xankəndi yolu ilə Xankəndiyə hərəkət etməli olduğu halda, hələ də hərəkətsiz dayanıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.