Azərbaycanın Qarabağda başladığı növbəti antiterror əməliyyatı – XARİCDƏN VƏ DAXİLDƏN VERİLƏN REAKSİYALAR NƏLƏRİ ORTAYA QOYDU?
ELXAN ŞÜKÜRLÜ YAZIR

Azərbaycanın Qarabağda başladığı antiterror əməliyyatlarına hansı ölkənin necə reaksiya verdiyi, bölgədə rəqabət aparan güc mərkəzlərinin rəsmi mövqeyi artıq ortadadır. 

 

Gözlədiyimiz kimi, Türkiyə, Rusiya və İran Azərbaycanın yanında, Qarabağda “Kosovo ssenarisi”nin tətbiqinə çalışan Qərb isə açıq-aşkar qarşımızdadır... 

 

İndi bildiniz ki, Qərbin ölkəmizdəki “5-ci kolon”unun təmsilçiləri niyə 3 ildir bataqlıq qurbağalarıtək çöldən və içəridən səs-səsə verib “Rusiya Qarabağda əməliyyatlar aparmağımıza imkan vermir” tezisiylə bar-bağırır, ermənilərin törətdiyi bütün cinayətlərin məsuliyyətini məqsədli şəkildə Rusiyanın üzərinə yıxır, Paşinyan Ermənistanını qorumağa və Azərbaycandan da Rusiya əleyhinə bir cəbhənin açılmasına çalışırdılar?!

 

Bax, bugünlər üçün! 

 

Bir gün Rusiya sülhməramlılarının mövcud olduğu ərazilərdə başladacağımız antiterror əməliyyatlarının uğursuzluğa düçar olması, Azərbaycan əsgərləriylə Rusiya hərbçiləri arasında toqquşmanın yaradılması və beləcə, Paşinyan hakimiyyətinin və erməni separatizminin qalıcılığının təmin edilməsi üçün!

 

Elə bilirəm, bu gün bu şəbəkəyə ən yaxşı cavabı indiyədək söydükləri Peskov və Zaxarova verdi: Rusiya açıq şəkildə Ermənistana dedi ki, Azərbaycan əməliyyatları öz ərazisində aparır, Kremldən kömək gözləməsinlər!

 

Bütün günü “sülh göyərçini” kimi təqdim edilən Avropa İttifaqı isə Jozef Borelin bəyanatıyla artıq Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına meydança olmaq haqqını itirmiş sayıla bilər.

 

Yeri gəlmişkən, bu gün ölkəmizin keçirdiyi antiterror tədbirlərinə siyasi partiyaların dəstək Bəyanatına da yalnız 3 partiya AXCP, "Müsavat" və "ReAl" -  qoşulmaqdan imtina edib ki, hər üçü də Azərbaycanın Avropa İttifaqına və NATO-ya inteqrasiyasının tərəfdarıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.