
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) Yəməndə Məkkə yaxınlığında Husilərin pilotsuz təyyarələrinin hücumunu pisləyib.
XİN Məkkənin ilk vəhy nazil olduğu yer və müsəlmanların qibləsi olduğunu xatırladaraq qeyd edib: "Husilər ikinci dəfədir ki, Məkkəni hədəf alıb. Onların PUA-ları hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib".
Bəyanatda beynəlxalq ictimaiyyət husilərin müqəddəs yerlərə, mülki və iqtisadi obyektlərə, ticarət gəmilərinə hücumlarını və təhdidlərini pisləməyə çağırılır, eyni zamanda Səudiyyə Ərəbistanının öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək kimi qanuni hüququnu bir daha təsdiqləyir.
“Teleqraf” bildirir ki, Husilərin hərbi sözçüsü Yəhya Seri isə bu gün verdiyi açıqlamada Məkkəni hədəf aldıqları iddialarının yalan olduğunu bəyan edib.