Mir Şahin Prezidentə məktub yazdı - “AZƏRBAYCAN RESPUBLİKASINA XİDMƏT EDİRƏM...”

Real Təhlil-İnformasiya Mərkəzinin direktoru  Mir Şahin Ağayev Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu yazıb.

 

Senzor.az bildirir ki, məktubda deyilir:


"Hörmətli cənab Prezident!

 

Fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı bildirir, məni layiq bildiyiniz 1-ci Dərəcəli “Vətənə xidmətə görə” ordenini həm də dövlətimizin bütün Azərbaycan jurnalistikasını yeni reallıqlar dövründə daha vüsətli çalışmağa, Böyük Qayıdış və Nəhəng Fədakarlıqlar üçün səfərbər olmağa, bu məqsədlə müəyyən eydiyiniz olduqca iti sürətlə ayaqlaşmağa çağırış tək qəbul edirəm.

 

Hörmətli cənab Prezident!

 

44 günlük Vətən Müharibəsində biz Sizi bir Müzəffər Ali Baş komandan kimi həm döyüş meydanında gedən proseslərin önündə, həm arxa cəbhədə idarə etdiyiniz fədakar işlərin başında, eləcə də xalqımıza, dünya azərbaycanlılarına etdiyiniz ardıcıl müraciətlər zamanı,   bir sözlə hər yerdə və hər vaxt bütün qətiyyətiniz, bütün səmimiyyətinizlə, bütün əzəmətinizlə gördük. Biz Sizi həm də dünyanın - Azərbaycana, ədalətli haqq işimizə, ümumiyyətlə müsəlman dünyasına qarşı daha çox qərəzi ilə seçilən aparıcı media vasitələrinin suallarına cavab verərkən necə güzəştsiz, prinsipial, ədalətli, bir sözlə- Mükəmməl olduğunuza  şahidlik etdik. 

 

Və bu gün fəaliyyətimə yüksək qiymət 

verən Liderimin məhz bu master-klaslar da daxil olmaqla bütün örnək keyfiyyətlərini, parlaq şəxsi nümunəsini, mütləq qeyd etməliyəm. 

 

Hörmətli Cənab Prezident! 

Təvazökar işimə verdiyiniz Ali Qiyməti mən bundan sonrakı fəaliyyətim üçün də möhkəm zəmin və misilsiz stimul kimi qəbul edir, təşəkkür məktubumu Müzəffər Ali Baş Komandanımıza raportla bitirirəm:

 

-Azərbaycan Respublikasına xidmət edirəm. Sağ olun".


Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 11-də Mir Şahin Mirdilavər oğlu Ağayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, o, Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.