ELXAN ŞÜKÜRLÜ SEÇKİYƏ QATILMAMASININ SƏBƏBİNİ AÇIQLADI
“QƏRARA GƏLMİŞƏM Kİ…”

Əziz dostlar, çoxsaylı sorğularınıza cavab olaraq, bildirirəm ki, Ədalət Partiyası 1 sentyabr seçkilərində iştirak qərarı versə də, mən namizədliyimi irəli sürməmişəm.

 

Səbəb sadədir: qələbəni təmin edəcək həddə səs toplaya biləcəyim seçki dairələrinin hər birindən artıq hakimiyyət üçün xüsusi önəm daşıyan şəxslərin namizədliyi irəli sürülüb və mən hətta həmin seçki dairələrində qeydiyyatda olan bütün seçicilərin səsini alsam belə, sonda seçki qutusundan məhz həmin “vazkeçilməz şəxs”lərin adlarının qalib qismində çıxarılacağına əminəm! 

 

Bu halda isə hökumətlə qarşıdurma, toqquşma riski yarana və nəticədə də, mənə səs verəcək insanlar ciddi ziyan çəkə bilər. Mənim ucbatımdan kimsəyə zərər gəlməsini heç vaxt özümə bağışlaya bilmərəm və özümü də səslərini qorumağa çıxacaq o adamları sonrakı təzyiqlərdən qoruyacaq gücdə saymıram. 

 

Üstəlik, hökumətimzlə hər hansı düşmənçilik niyyətim olmasa da, hökumətin içində ictimai-siyasi fəaliyyətimdən, düşüncələrimdən narahat olaraq, 2 ildir məni gah Rusiya, gah İrana bağlamaq məqsədiylə barəmdə “dəlil-sübut”, "kompromat qovluğu" toplamaqdan yançaqlarının dərisi soyulmuş bəlli bir çevrənin özümlə bağlı məkrli və fitnəkar planlarından da tam məlumatlıyam...

 

Ona görə də qərara gəlmişəm ki, bu seçkilərdə namizədliyimi irəli sürməyim, daha bir müddət səbrlə müşahidə aparım.

 

Əlbəttə, səbr şəraitə təslim olmaq deyil! Səbr, hər şeydən əvvəl, özünlə mübarizədir – hisslərin, duyğuların, nəfsin və düşüncələrinlə savaşdır, özünütəlimdir, cihaddır! 

 

Həyat sübut edir ki, siyasət meydanında rəqibindən öncə özünü yenməyi, hissləri, nəfsi üzərində ağalıq etməyi bacarmayan adam özündən qat-qat güclüləri yenə və daimi zəfər qazana bilməz!

 

...Namizədliyimin irəli sürülməsini arzulayan, zəng vuran, sosial şəbəkələrdə ünvanıma xoş sözlər söyləyən sadə və səmimi insanlara, xüsusən də israrla seçkilərə qatılmağımı istəyən və “Təki sən gəl, sonadək gedəcəyik!” mesajını çatdıran fədakar camaatımıza dərin minnətdarlığımı bildirirəm! 

 

İnşallah, bir gün Allah halal səslərinizlə, xeyir-duanızla Sizə xidmət imkanı verər! Bünövrəsində halallıq duran işin bərəkəti, faydası daha çox olar və yalnız Haqqa, Xeyirə, Ədalətə xidmət edər! 

 

Allah bizi önünüzdə utananlardan, ümidlərinizi qıranlardan, rüsvay olanlardan etməsin! 

 

Necə demişdik? Bəli, hələlik dayanmaq, durmaq, səbr etmək zamanıdır!

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.