Narışkin: Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları "təxribatçı təhlükənin" qarşısını alıblar - YENİLƏNİB


Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin oktyabrın 2-3-də Bakıda səfərdə olarkən Rusiya və Azərbaycanın xüsusi xidmət orqanlarının bu yaxınlarda “amerikalıların rus diplomatına qarşı təxribat xarakterli təhdidinin qarşısını aldığına dair sensasion bəyanatla çıxış edib”.

 

Senzor.az Rusiya mətbuatına istinadən bildirir ki, Narışkin başqa təfərrüatları açıqlamayıb.

 

Xarici Kəşfiyyat Xidmətinin Narışkinin səfəri ilə bağlı bəyanatında deyildiyi kimi, “Rusiya Federasiyası və Azərbaycan Qərb kəşfiyyat xidmətlərinin hər iki ölkədə daxili vəziyyəti pozmaq cəhdlərinə qarşı xüsusi yer ayırırlar”.

 

“Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Dövlət təhlükəsizliyi ilə bağlı Azərbaycan tərəfi ilə peşəkar danışıqlar aparılır. Dünən məni Azərbaycan Prezidenti İlham Əliyev qəbul etdi. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın geniş spektrini, eləcə də beynəlxalq gündəliyə aid bir sıra məsələləri müzakirə etdik. Məmnuniyyətlə qeyd etmək istərdim: Azərbaycanda həmişə olduğu kimi, bizi əsl dost kimi qarşıladılar. Burada özümüzü evimizdəki kimi hiss edirik. Bununla əlaqədar mən həm Azərbaycan rəhbərliyinə, həm də bütün Azərbaycan xalqına təşəkkür etmək istəyirəm”, – Narışkin bildirib.

 

O, həmçinin “bir sıra Qərb ölkələrinin və ATƏT-in Azərbaycanda keçirilən parlament seçkilərini gözdən salmaq və onların nəticələrini şübhə altına almaq cəhdlərindən təəssüfləndiyini” bildirib.

 

Narışkin qeyd edib ki, “bu cür hərəkətlərin Gürcüstanda qarşıdan gələn parlament seçkilərində də təkrarlanacağı ehtimalı yüksəkdir”.


Senzor.az 


**16:50



Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin oktyabrın 2-də Bakıya səfər edib.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.