
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa qonşu Livanda sülh və sabitliyi təmin edə biləcək həll yolunun axtarışı üzərində işləyir.
Bu barədə BƏƏ-nin "Al Mashhad" telekanalına müsahibəsində Suriya lideri özü məlumat verib.
"Biz Livan dövlətçiliyinin qorunub saxlanmasına zəmanət vermək üçün "Hizbullah"la (Livanın radikal qruplaşması) bağlı məsələni nizama salmağa çalışırıq. Əgər bu bütün tərəflər üçün faydalı olacaqsa, biz danışıqlar prosesinə hazır olduğumuzu bildiririk", - o vurğulayıb.
Əhməd Əl Şaraa qeyd edib ki, uzunmüddətli böhrandan çıxmaq üçün Livanın siyasi razılıq əldə etməyə kəskin ehtiyacı var, çünki ölkədəki vəziyyət qütbləşmənin daha da artmasına tab gətirmək iqtidarında deyil.