ABŞ ilə danışıqlarda Ali rəhbərin tapşırığına əməl edilməyib?
İRAN PARLAMENTİ RƏSMİSİNDƏN ŞOK İDDİA

ABŞ ilə danışıqlar aparan İranın nümayəndə heyətinin Ali rəhbər Müctəba Xameneinin tapşırığına əməl etmədiyi iddia olunub.

 

"İran İnternational" xəbər verir ki, bu barədə İran parlamenti Milli Təhlükəsizlik Şurasının sədr müavini və deputat, keçmişdəki müzakirələrdə nümayəndə heyətinin üzvü olmuş Mahmud Nəbəvian dövlət televiziyasındakı müzakirələrdə bildirib.

 

Onun sözlərinə görə, İran rəhbərliyində ABŞ ilə əldə edilən atəşkəs razılaşması səbəbindən böhran yaşanıb. Sədr müavini iddia edib ki, Müctəba Xamenei müzakirə heyətinə gizli göstərişlər göndərsə də, nümayəndə heyəti buna əməl etməyib və "səlahiyyət həddini" aşıb.

 

Rəsmi bildirib ki, Ali rəhbər nümayəndə heyətinə Hörmüz boğazında güzəşt edilməməsi, ABŞ-dan təzminat tələb olunması istiqamətində 11 şərt irəli sürərək, tapşırıq verib.

 

Məlumata görə, müzakirə qrupu sədr müavinin açıqlamalarına cavab verərək onun dediklərini "köhnə və təhrif edilmiş" kimi xarakterizə etməklə təkzib ediblər.

 

Bildirilib ki, M.Nəbəvianın açıqlamalarının ardından reportaj qəflətən kəsilib və yayım qurumunun yüksək vəzifəli bir rəsmisi istefa verib.

 

Qeyd edək ki, iyunun 21-də Pakistanla Qətərin vasitəçiliyi əsasında ABŞ və İran nümayəndə heyəti arasında İsveçrədə danışıqların birinci raundu keçirilib.(“Report”)

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.