Böyük Britaniyanın Baş naziri istefa verdi
VİDEO

Kir Starmer Böyük Britaniyanın Baş naziri və Leyboristlər Partiyasının sədri vəzifəsindən istefa verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kir Starmer Dauninq Stritdə etdiyi çıxışda həm Baş nazir, həm də Leyboristlər Partiyasının lideri vəzifəsindən ayrılacağını bildirib.

 

O deyib ki, Leyboristlər Partiyasının Milli İcraiyyə Komitəsindən partiya sədrliyinə seçkilərin keçirilməsi üçün təqvim müəyyənləşdirməyi xahiş edib. Onun sözlərinə görə, namizədlərin irəli sürülməsi prosesi iyulun 9-da başlayacaq.

 

Starmer vurğulayıb ki, bu, sentyabr ayında parlament fəaliyyətini bərpa edənədək Leyboristlər Partiyasının yeni liderinin müəyyənləşdirilməsini təmin edəcək. Yeni sədrin həm partiyaya, həm də hökumətə rəhbərlik edəcəyi gözlənilir.

 

K.Starmerin istefası son günlər Leyboristlər Partiyası daxilində artan narazılıq və rəhbərlik dəyişikliyi ilə bağlı çağırışlardan sonra baş verib.

 

Siyasi müşahidəçilər Böyük Mançester meri və yeni seçilmiş deputat Endi Börnhəmi Leyboristlər Partiyasının liderliyi uğrunda əsas namizədlərdən biri hesab edirlər.

 

Kir Starmer 2024-cü ildə keçirilmiş ümumi seçkilərdə Leyboristlər Partiyasını qələbəyə apararaq Baş nazir vəzifəsinə gəlmişdi.

https://www.youtube.com/watch?v=q9wpR6L4ksQ









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.