Rusiya Ukrayna limanlarına doğru üzən ticarət gəmilərini vurdu:
ÖLƏN VAR

İyunun 22-nə keçən gecə Rusiya Ukrayna limanlarına doğru üzən mülki ticarət gəmilərinə zərbə endirmək üçün dronlardan istifadə edib.

 

Senzor.az Ukrayna Hərbi Dəniz Qüvvələrinin və Ukrayna Dəniz Limanları İdarəsinin (USPA) mətbuat xidmətlərinə istinadən bildirir ki, Türkiyəyə məxsus VICTRESS gəmisində yanğın baş verib.

 

Qeyd olunub ki, quru yük gəmisi Türkiyəyə məxsus olsa da, Panama bayrağı altında üzürmüş. Pilotsuz uçuş aparatının zərbəsindən sonra gəmidə yanğın baş verib və ona ciddi ziyan dəyib.

 

Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmi heyətini xilas etmək səylərinə baxmayaraq, bir nəfər həlak olub.

 

“Təəssüf ki, heyət üzvü - 58 yaşlı aşpaz həlak olub. Ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Qalan səkkiz dənizçi təxliyə edilib”, -deyə USPA bildirib.

 

Rusiya qoşunlarının hücumları nəticəsində Palau və Beliz bayraqları altında üzən mülki gəmilər də zərər görüb. Tələfat olmayıb və gəmilər yollarına davam ediblər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.