DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin şagirdlərə konfet paylaması və bundan sonra uşaqların zəhərlənməsi barədə səs yazısı yayılıb.

 

Senzor.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bildirir ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqini tapmayıb.

 

"Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaratmasınlar", - DİN-dən bildirilib.

 

Qeyd edək ki, bu gün Sumqayıt şəhərində 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə qeydə alınıb.

 

TƏBİB-dən verilən məlumata görə, bu gün saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

 

Bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.