Zelenskidən gözlənilməz bəyanat:
TORPAQLARI ALMADAN MÜHARİBƏNİ DAYANDIRMAĞA RAZIDIR?

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan ərazilərin NATO "çətiri altına" alınacağı təqdirdə münaqişənin qaynar mərhələsini dayandırmağa hazır olduğunu bəyan edib.

 

Bu barədə o, "Sky News"a müsahibəsində danışıb.

 

"Müharibənin qaynar mərhələsini dayandırmaq istəyiriksə, nəzarətimizdə olan Ukrayna ərazisini NATO-nun "çətiri altına" almalıyıq. Bu, tez bir zamanda etməli olduğumuz bir nüansdır. Fakt budur ki, bu, müharibənin qaynar mərhələsini dayandırmaq üçün həll yoludur, çünki biz nəzarətimiz altında olan hissə ilə NATO-ya üzv olmaq üçün müraciət edə bilərik", - Zelenski qeyd edib.

 

Bundan sonra Ukrayna lideri, işğal altında olan ərazilərin diplomatik yolla qaytarılması üzərində işləmək niyyətindədir. Onun sözlərinə görə, Ukrayna əvvəllər belə bir ideyanı yalnız ona görə nəzərdən keçirməyib ki, bunu heç kim rəsmi şəkildə təklif etməyib.

 

Zelenskinin bəyanatı artıq Ukraynada kəskin reaksiyaya səbəb olub. "Strana" nəşri qeyd edib ki, bu, Zelenskinin 2022-ci ilin fevralından bəri işğal edilən əraziləri geri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu barədə ilk bəyanatıdır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.