Bu gün Rusiya və Ukrayna hərbçilərin meyitlərinin mübadiləsini həyata keçirib.
Yerli KİV-in yazdığına görə, bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev və Prezident yanında Vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları üzrə Şuranın üzvü, jurnalist Aleksandr Kots məlumat veriblər.
Onların məlumatına görə, Rusiya 52, Ukrayna isə 502 həlak olmuş hərbçinin meyitini qaytarıb.