Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağda Ermənistanın tərəfində vuruşmamalı idi, çünki həmin şəraitdə bu ölkəyə xarici təcavüz edilməmişdi.
Senzor.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən mətbuat konfransında deyib.
Onun fikrincə, Ermənistanın KTMT-yə hazırkı münasibəti daxili siyasi problemlər və Qarabağ mövzusu ilə bağlıdır. Eyni zamanda, Putin Ermənistanın KTMT-də tam formatda işə qayıdacağını istisna etməyib.