İsrail silahlı qüvvələri Livanda atəşkəs razılaşmasını bir neçə dəfə pozub.
Senzor.az bildirir ki, Livan ordusu mətbuat xidmətinin “X”də dərc olunmuş bəyanatında belə deyilir.
“2024-cü il noyabrın 27 və 28-də İsrail müxtəlif növ silahlarla Livan ərazilərinə hücum edərək atəşkəs razılaşmasını bir neçə dəfə pozub”, - bəyanatda qeyd edilir.