Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar - KÜÇƏLƏRDƏ BAYRAM OVQATI, ATƏŞFƏŞANLIQ...
YENİLƏNİB, VİDEO


Suriyada müxalif qüvvələr İdlib və Hələb vilayətlərində azı 850 kv.km ərazini nəzarətə götürüblər.

 

Bu barədə "TRT World" telekanalı məlumat yayıb.

 

Daha əvvəl üsyançıların 400 kvadrat kilometr ərazini nəzarətə götürdükləri bildirilirdi.

 

KİV-in məlumatına görə, müxalif qüvvələr 108 yaşayış məntəqəsini, o cümlədən Hələbdə 86 və İdlibdə 22 məntəqəni nəzarətə götürüblər.

 

Qeyd edək ki, Suriya üsyançıları ölkənin ikinci böyük şəhəri olan Hələbə 2016-cı ildən bəri ilk dəfə daxil olublar. O zaman onlar uzun müddət davam edən döyüşlər nəticəsində şərq rayonlarından sıxışdırılıb çıxarılmışdılar. Çoxsaylı məlumatlara görə, tərəflər arasında döyüşlər davam edir.

**00:31


Suriyada Bəşər Əsəd hökumətinə qarşı çıxan müxalifət qüvvələr Hələbin mərkəzinə daxil olublar.

 

Bu barədə "Anadolu" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

 

"Hələb və İdlib əyalətlərində üç gün davam edən döyüşlərdən sonra müxalif qruplar 400 kvadrat kilometr əraziyə nəzarəti ələ keçiriblər", - agentlik qeyd edib.

 

O da bildirilir ki, Hələbdə üsyançılar qələbəni yüksək əhval-ruhiyyə və mərkəzində atəşfəşanlıqla qeyd edirlər.










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.