"Azərbaycan Hava Yolları" QSC (AZAL) noyabrın 30-dan Bakıdan İsrailin Tel-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edəcək.
Azərbaycanın milli aviadaşıyıcısının Mətbuat xidmətindən Senzor.az-a bildirilib ki, uçuşlar hər gün yerinə yetiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün bu linkə keçid etmək olar: https://bit.ly/azal-app.