İstanbulun Güngörən rayonunda sökülmə işləri davam edən dördmərtəbəli binada qismən çökmə baş verib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Binanın çökən hissələrinin altında insanların qaldığı bildirilir.
Yanğınsöndürənlər dağıntılar altında qalanları xilas etmək üçün intensiv şəkildə işlərini davam etdirirlər. Təcili tibbi yardım əməkdaşları xilas edilən şəxslərə yardım göstərirlər.