
“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək sammitində iştirak etmək üçün Yerevana dəvət olunublar”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Dəvətlər hələlik şifahi şəkildə göndərilib”, - Mirzoyan əlavə edib.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin növbəti sammitləri 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.