
“Putin raket sınağı keçirmək əvəzinə müharibəni dayandırmalıdır”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiyanın “Burevestnik” adlı nüvə başlığı daşıya bilən raketini sınaqdan keçirməsinə münasibət bildirərkən deyib.
“Onlar bilirlər ki, bizdə nüvə silahı daşıya bilən sualtı gəmi var və bu dünyada ən yaxşısıdır. Özü də onların (Rusiyanın) sahillərindədir. Nəsə etmək üçün 8 000 mil yol getmək lazım deyil. Ruslar bizlə oyun oynamırlar, biz də onlarla oyun oynamırıq. Biz həmişə raket sınaqdan keçiririk. Bizim nüvə silahı daşıya bilən sualtı gəmimiz var. Məncə, raket sınağı Putin üçün münasib bir hərəkət deyil, o Ukraynadakı müharibəni bitirməlidir. Bu müharibə bir həftə davam etməli idi, amma tezliklə 4-cü ilinə daxil olur. Putin raket sınağı keçirmək əvəzinə müharibəni dayandırmalıdır”, - Tramp vurğulayıb.
Qeyd edək ki, Rusiya “Burevestnik” adlı raketi sınaqdan keçirib. Rusiya lideri Vladimir Putin bu raketin istənilən havadan müdafiə sistemini vurub keçə biləcəyini iddia edib.