Azərbaycan deputatları Avronest PA-nın İrəvandakı sessiyasına getməkdən imtina etdilər
SƏBƏB?

Avronest Parlament Assambleyasının (PA) bu ilin oktyabr ayının 28-30-u İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında Azərbaycan Milli Məclisinin nümayəndə heyəti olaraq iştirak etməyəcəyik.

 

Bunu Modern.az-a Avronest Parlament Assambleyasının rəhbəri, deputat Tahir Mirkişili bildirib.

 

O qeyd edib ki, Avronest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır: "Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prossesini dəstəkləmir, əksinə, regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələri dəyirmanına su tökür".

 

Deputat bildirib ki, bu barədə Azərbaycan Milli Məclisi dəfələrlə etiraz bəyanatları verib.

 

"Bu ilin avqsut ayında Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında keçirilən sülh görüşündən sonra bütün dünyanın alqışladığı bu hadisə ilə bağlı Avropa Parlamentinin qeyri-konstruktiv bəyanatı Azərbaycan nümayəndə heyətinin bu təşkilat ilə Avronest PA çərçivəsində əməkdaşlığın faydalılığı inamına bir daha ciddi zərbə vurmuşdur.   Bu səbəblərdən, İrəvanda keçirləcək plenar iclasda iştirak etməyəcəyik. Təşkilatın rəhbərliyinə də bu iradlarımızı bildirmişik. Qeyd edim ki, bu qərar tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil. Bu gün Azərbaycan və Ermənistan arasında sülh artıq təmin olunub, münasibətlərin normallaşdirilmasi istiqamətində əməli addımlar da atılır"- sonda T. Mirkişili bildirib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.