Baxçalının sensasion təklifinə Çindən reaksiya – “NƏZƏRƏ ALMIŞIQ VƏ...”

“Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Türkiyə-Çin-Rusiya ittifaqının yaradılması ilə bağlı təklifini nəzərə almışıq”.

 

Teleqraf xəbər verir ki, bunu Çinin Türkiyədəki səfiri Çianq Şuebin deyib.

 

“Cənab Baxçalının bu təklifini nəzərə almışıq və təkliflə bağlı bəzi müzakirələr də aparmışıq. Fələstin-İsrail məsələsində Çin tərəfi uzun müddətdir Türkiyə və Rusiya ilə təmas və dialoq içindədir. “İki dövlətli həll” kimi məsələlərdə ortaq və ya oxşar mövqeləri bölüşürük. Bundan əlavə, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRICS və G20 kimi çoxtərəfli platformalarda da Rusiya və Türkiyə ilə yaxın təması və əməkdaşlığı davam etdiririk.

 

Çin gələcəkdə də Rusiya və Türkiyə ilə təmas və əməkdaşlığı daha da möhkəmləndirməyə davam edəcək”, - çinli diplomat vurğulayıb.

 

MHP liderinin Rusiya və Çinə verdiyi təklif belədir: “Dünyaya meydan oxuyan ABŞ-İsrail ittifaqına qarşı ən uyğun seçim Türkiyə-Rusiya-Çin ittifaqının qurulması və ya bərpasıdır”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.