
Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ Prezidenti Donald Trampın noyabrın 6-da Vaşinqtonda keçiriləcək Mərkəzi Asiya və ABŞ dövlət başçılarının sammitində iştirak dəvətini qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qırğızıstan liderinin mətbuat katibi Əsqaət Alagözov məlumat verib.
“ABŞ Prezidenti Donald Trampdan Mərkəzi Asiya və ABŞ dövlət başçılarının növbəti görüşünə Qırğızıstan Prezidenti Sadır Japarova ünvanlanmış dəvət qəbul edilib. Qırğızıstan Prezidentinin Administrasiyası dövlət başçısının ABŞ-a işgüzar səfərinə hazırlıq üçün müvafiq işlər görür”, - deyə Ə.Alagözov bildirib.
Qeyd edək ki, Mərkəzi Asiya ölkələri və ABŞ başçıları oxşar formatda sonuncu dəfə 2023-cü ilin sentyabrında görüşüblər.