
Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Türkiyəyə rəsmi səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Baş nazir Kir Starmeri Ankarada Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qarşılayıb.
Səfər çərçivəsində Baş nazirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, regional məsələlər və iqtisadi əlaqələrin gücləndirilməsi əsas müzakirə mövzuları olacaq.


