
Ukrayna və onun müttəfiqləri yaxın on gün ərzində atəşkəs planını hazırlamağa razılaşıblar.
"Axios"un verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin müharibəni hazırkı xətlərdə dayandırmaq təklifini şərh edərkən deyib.
"Biz növbəti həftə və ya on gün ərzində onun üzərində işə başlamağa qərar verdik", - o bildirib.
O vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin hər hansı bir sülh planını qəbul etməyə hazır olması barədə bəyanatlara şübhə ilə yanaşır.
V.Zelenski, həmçinin qeyd edib ki, Ukraynanın hesablamalarına görə, Rusiya enerji nəhənglərinə qarşı yeni ABŞ sanksiyaları neft ixracını 50 % azalda bilər.
Ukrayna lideri ümid edir ki, bunu "yeni ikinci dərəcəli sanksiyalar" və "Konqres tərəfindən paralel addımlar" izləyəcək.