Qazaxıstanda "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları"nın rəhbərləri saxlanılıb - VİDEO/FOTO

Qazaxıstanda "Samruk-Kazına" fondu İdarə Heyətinin sədri Nurlan Jakupov və "Qazaxıstan Dəmir Yolları" milli dəmir yolu şirkətinin rəhbəri Eljas Otınşiyev saxlanılıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

 

Məlumata görə, saxlama əməliyyatını noyabrın 11-də Komitənin Korrupsiyaya qarşı Mübarizə Xidmətinin əməkdaşları həyata keçiriblər.

 

Hər iki təşkilatın rəhbərləri ilə birlikdə korrupsiya cinayəti törətməkdə şübhəli bilinən digər şəxslər də saxlanılıb.

 

Qurumun məlumatına görə, hazırda işin bütün hallarının müəyyən edilməsinə yönəlmiş istintaq hərəkətləri aparılır.

 

Qeyd edilib ki, dövlət başçısının tapşırıqlarının icrası və korrupsiyaya qarşı mübarizə işi davam etdirilir.

 

Ehtimal olunan korrupsiya cinayətinin konkret halları və işin digər təfərrüatları hələ ki, açıqlanmır. (Bax:https://www.youtube.com/shorts/RV5gu1StnRE)



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.