
Ermənistan Baş naziri Nikol Paşinyan İrlandiyanın paytaxtı Dublin şəhərinə səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melanya Arutyunyan sosial media hesablarında paylaşım edib.
Mətbuat katibinin yazdığına görə, Nikol Paşinyan noyabrın 12-13-də İrlandiyada işgüzar səfərdə olacaq.
Səfər çərçivəsində o, 9-cu Avropa Siyasi Birliyi Sammitində iştirak edəcək.