Tovuzda yağan güclü yağışdan sonra gələn sel suları fəsadlar törədib.
APA-nın məlumatına görə, rayonun Əsrik Cırdaxan, Yanıqlı və ucqar kəndlərinə sel suları gəlib.
Nəticədə evlərə su dolub, kənd təsərrüfatına ziyan dəyib. Bundan başqa, yollar yararsız hala düşüb, kommunikasiya xətləri də sıradan çıxıb.
Sözügedən kəndlərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Baş verən təbiət hadisəsi ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.