
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Sülhməramlıların “Mersi” xeyriyyə təşkilatı ilə Laçında aksiya keçirdiyi bildirilir.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Sergey Vladimirov ehtiyacı olan ailələrə ərzaq, geyim, ayaqqabı yardımı etdiklərini deyib.
Ayın əvvəlindən indiyədək 4 humanitar aksiyanın keçirildiyi vurğulanıb. Aksiyaların Xankəndi, Xocavənd və Laçında baş tutduğu qeyd edilib.

