
Senzor.az bildirir ki, “tam tutulma” adlanan bu təbii hadisə saat 09:29:16-da başlayacaq və saat 13:37:26-da sona çatacaq.
Tutulmanın maksimumu 11:34:38-də olacaq. Hadisə 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın, Afrikanın, Cənubi Amerikanın cənub hissələrində, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə ediləcək.
Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.