"Bir neçə məşqçi ilə danışıqlar aparılıb".
Bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf Hesabat-Seçki Konfransından sonra təşkil olunan mətbuat konfransında deyib.
O, baş məşqçi seçiminin qısa müddət ərzində həll olunacağını bildirib: "Əslində məşqçi təyinatı rəsmiləşməliydi. Dediyim kimi, danışıqlar olub. Sadəcə, onların istəyi ilə adları açıqlaya bilmərik".
**
"İcraiyyə Komitəsinin yeni heyətinin ilk iclası baş tutdu. Burada müəyyən məsələlər müzakirə olundu".
Bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf Hesabat-Seçki Konfransından sonra təşkil olunan mətbuat konfransında deyib.
O, milli assosiasiya rəhbəri seçildikdən sonra "Neftçi"nin Müşahidə Şurasının sədri vəzifəsindən getdiyini bildirib: "Azərbaycan futbolunun inkişafı üçün vaxt və infrastruktur lazımdır. Əlimizdən gələni edəcəyik ki, daha böyük nəticələr qazanaq. Uşaq futbolunun inkişafına, azarkeşlərin stadionlara cəlb olunmasına çalışacağıq. Buna görə də yeni plan hazırlayacağıq".
Onun sözlərinə görə, istənilən layihəni həyata keçirmək üçün maliyyə önəmlidir: "Vəsaitin dövlətdən deyil, özəl şirkətlərdən gəlməsini tənzimləmək istəyirik. Bunun üçün birgə fəaliyyət göstərmək önəmlidir".
R. Nəcəf Azərbaycan millisinə yeni baş məşqçi seçimi barədə də danışıb: "Bunun üçün ötən ilin dekabrında komissiya yaradılmışdı. Yeni İcraiyyə Komitəsi köhnə komitənin işlərini rəsmiləşdirəcək. Yığmada yerli və ya əcnəbi mütəxəssisin olması fərq etmir. Əsas odur ki, ölkə futboluna fayda verəcək şəxs olsun".
**12:42
AFFA-nın yeni vitse-prezidentləri bəlli olub.
Senzor.az xəbər verir ki, bu barədə qurumun yeni prezidenti Rövşən Nəcəf Hesabat-Seçki Konfransından sonra keçirilən mətbuat konfransında məlumat verib.
Bu postlara Elşad Nəsirov, Balakişi Qasımov və Könül Mehdiyeva təyin olunublar.
İcraçı vitse-prezident seçilən Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini daşıyacaq.
**11:44
AFFA-nın yeni prezidenti bəlli olub.
Senzor.az xəbər verir ki, qurumun yeni rəhbəri bu gün keçirilən Hesabat-Seçki Konfransında bəlli olub.
Bu vəzifəyə yeganə namizəd olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti və "Neftçi"nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf seçilib.
Qeyd edək ki, R.Nəcəf bu postda Rövnəq Abdullayevi əvəzləyib.