
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa hər gün zəng edərək İrana qarşı hərbi əməliyyatların bərpasını istəyir.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumatlı mənbəyə istinadən xəbər yayıb.
“Netanyahu hər gün Trampa zəng edərək müharibənin yenidən başlanmasını tələb edir. Ağ Evdə və onun xaricində müharibə istəməyən şəxslər isə bunun qarşısını almağa çalışırlar. Region liderləri Trampı gərginliyi artırmamağa və Tehranla danışıqlara üstünlük verməyə çağırırlar”, – mənbə bildirib.
Nəşrin məlumatına görə, Vaşinqtonda İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı fikir ayrılıqları mövcuddur. Bir qrup rəsmilər diplomatik həll yolunu dəstəkləyərək ABŞ Prezidentini danışıqları davam etdirməyə inandırmağa çalışırlar.