
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində Baş nazirin 10 noyabr tarixində keçiriləcək 9-cu Paris Sülh Forumunda iştirakı nəzərdə tutulub.