Dünya birjalarında neft bahalaşıb.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,51 dollar artaraq 91,16 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar artaraq 86,87 dollar təşkil edib.
Azərbaycan neftinin dünya bazarındakı qiymətinə gəlincə, o ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,7 dollar və ya 0,76 faiz azalaraq 91,95 dollar olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Senzor.az