Türkiyə kəşfiyyatı Suriyada antiterror əməliyyatı keçirib
qadın terrorçuların "başçısı" ölüb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın Ayn-əl-Arab şəhərində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının “məsul şəxslərindən” biri Vahidə Atalay ölüb.


Məlumatı “TRT Haber” yayıb.


Bildirilib ki, o, “Sorhin Çele” kod adı altında İraq və Suriyada müxtəlif terror hücumlarını təşkil və idarə edib.


Məlumata görə, Vahidə Atalay bundan başqa Suriyada YPG-nin qadın qolunda da əhəmiyyətli rola malik olub.


O, 2006-cı ildən indiyədək Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı bir sıra terror hücumlarında iştirak edib. Atalay 2006-2014-cü illərdə PKK terror qruplaşmasının tərkibində İraqda fəaliyyət göstərib. 2014-cü ildə Suriyaya keçərək Kamışlı, Ayn-əl-Arab və Rasulayn bölgələrində silahlı fəaliyyət həyata keçirib.


2022-ci ildə Ayn-əl-Arabda YPJ-nin (qadınlardan ibarət terrorçu qruplaşma) rəhbərlərindən olub.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.