Türkiyə aprelin 20-dən Tacikistan vətəndaşları üçün viza rejimini bərpa edəcək.
Bu barədə Tacikistan Xarici İşlər Nazirliyi bildirib.
Nazirlik vurğulayıb ki, aprelin 6-da Türkiyə tərəfi diplomatik kanallar vasitəsilə bu tədbirlə bağlı Tacikistanı rəsmi məlumatlandırıb.
Bununla əlaqədar olaraq, Tacikistan vətəndaşları aprelin 20-dən etibarən bu ölkəyə səfər etməzdən əvvəl viza almalıdırlar.