Türkiyənin Kayseri şəhərində “Şuşa” Azərbaycan evinin açılışı olub.
Yerli KİV-in verdiyi xəbərə görə, açılış mərasimində Azərbaycan tərəfindən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Diaspora Komitəsinin sədri Fuad Muradov iştirak ediblər.
Qeyd edək, Azərbaycan evinin yerləşdiyi “Azərbaycan Dostluq Parkı” 2022-ci ildə Kayseri sakinlərinin ziyarəti üçün açılıb. “Şuşa” Azərbaycan mədəniyyət evi ilə yanaşı parkda İsa Bulağına bənzər abidə və Xocalı Soyqırımı Abidəsi də inşa edilib.
Tədbir iştirakçıları açılış mərasimində çıxışları zamanı Türkiyə ərazisində Azərbaycan evlərinin olmasının iki qardaş xalq arasında münasibətlərin dərinləşməsində xüsusi rol oynadığını vurğulayıb.