Ermənistanın Şirak bölgəsində 2,9 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Aşotsk kəndindən 19 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə, episentrdə gücü 4 bal olub.
Zəlzələ Şirak rayonunun Aşotsk, Musaelyan, Amasiya, Kakavasar kəndlərində 3 bal, Lori rayonunun Şirakamut və Saralanc kəndlərində isə 2-3 bal gücündə hiss olunub.