Rusiyanın Federal Təhlükəsizlik Xidməti ayrı-ayrı vətəndaşlara qarşı külli-miqdarda dələduzluq törədən mütəşəkkil dəstə üzvlərini həbs edib.
Bu barədə xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzi xəbər yayıb.
Bildirilib ki, əməliyyatlar Moskva, Sankt-Peterburq, Yaroslavl, Soçi şəhərlərində baş tutub.
Nəticədə saxlanılan şəxslərin müxtəlif telefon nömrələri vasitəsilə ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 7 milyard rubl pul vəsaitini dələduzluq vasitəsilə ələ keçirərək, Ukrayna Silahlı Qüvvələrinin hesabına köçürdükləri müəyyən edilib.
Onlara məxsus ünvanlara baxış zamanı xüsusi avadanlıqlar, pul vəsaitləri, habelə qızıl-zinət əşyaları müsadirə olunub.