Yeganə həll yolu Şimali Kiprin müstəqilliyinin tanınmasıdır
Ersin Tatar

“Birləşmiş Ştatlardakı bütün görüşlərdə Yunan Kipri ilə ortaq mövqedən uzaq olduğumuzu bəyan etmişik”.


 “Sözcü” qəzeti xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar bildirib.


O vurğulayıb ki, eyni fikirləri BMT-nin baş katibi Antonio Quterreş ilə görüşü zamanı da səsləndirib.


E. Tatar Yunan Kiprinin müzakirələrin yenidən başlayacağı ilə bağlı bəyanatını da təkzib edib.


Şimali Kiprin rəhbəri onu da bildirib ki, ölkəsi beynəlxalq ictimaiyyətin təzyiqlərinə boyun əyməyəcək:


“Antonio Quterreş bizim mövqeyimizə hörmətlə yanaşdığını bildirdi. O, qeyd etdi ki, təzyiqlərlə hər hansı nəticəyə gəlmək mümkün deyil. Biz isə öz növbəmizdə bəyan etdik ki, problemin yeganə həll yolu yalnız Şimali Kiprin müstəqilliyinin tanınmasıdır. Bu mövqeyimizdən bir addım geri çəkilməyəcəyik”.


Qeyd edək ki, Ersin Tatar aprelin 5-dən etibarən ABŞ rəhbərliyi ilə müxtəlif səviyyələrdə görüşlər keçirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.