Ermənistan Birləşmiş Krallığa hərbi attaşe təyin edəcək.
Yerli mətbuatın xəbərinə görə, müvafiq məsələ parlamentin bugünkü iclasının gündəliyinə salınıb.
Bildirilir ki, yeni qərar krallıqla artan hərbi əməkdaşlıq fonunda verilib.
Hərbi attaşenin qarşısında müvafiq sahədə əməkdaşlığın daha da inkişafı, birgə hərbi tərəfdaşlıq proqramlarının koordinasiyası, eləcə də qarşılıqlı səfərlərin təşkili kimi tapşırıqlar qoyulub.